Robert Prosineçki: Oyundan razı qaldım
28 mart 2015 23:50
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı oyunu şərh edib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 2:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Bu qələbə Azərbaycan xalqına Novruz hədiyyəsidir. Oyundan razı qaldım. Bütövlükdə, pis oynamadıq. Amma daha yaxşı oynaya bilərik. Çalışmalarımızı davam etdirməliyik. Nəticə oyuna görə oldu".