Pyetro Qedin: Öz günahımız ucbatından məğlub olduq
28 mart 2015 23:40
Malta yığmasının baş məşqçisi Pyetro Qedin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Futbol riyaziyyat deyil. Öncədən nəyisə hesablamaq olmur. Udmaq da olar, uduzmaq da. Hamısından asanı uduzmaqdır. Amma biz bu gün məğlubiyyətə layiq deyildik. Öz günahımızdan uduzduq. Azərbaycanlılara stimul da yardım etdi. Birinci hissədə pis oynadıq. Öz oyunumuzu tapa bilmədik. Çoxlu boşluqlar yaradırdıq. İkinci hissədə isə daha yaxşı oynadıq".