Rövnəq Abdullayev milli üzvləri ilə görüşdü
28 mart 2015 23:10
AFFA prezidenti Rövnəq Abdullayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə qarşılaşmadan sonra yığma komandamızın üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, federasiya prezidenti futbolçularımızı 2:0 hesablı qələbə münasibətilə təbrik edib.
Qeyd edək ki, bu qələbə yığmamızın seçmə mərhələdəki ilk qələbəsi idi. Bu qələbə sayəsində millimiz ilk xallarını qazandı və turnir cədvəlinin son pilləsini tərk etdi. Matç baş məşqçi Robert Prosineçkinin yığmamızdakı debüt matçı idi ki, xorvatiyalı mütəxəssis də qələbə ilə başlamağa nail oldu.