Ağasəlim Mircavadov: Malta ilə oyunda pis nəticə olacağına inanmıram
28 mart 2015 13:00
Azərbaycan futbolunun veteranı Ağasəlim Mircavadov millimizin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hamımız qələbə gözləyirik. Çünki bu qələbə indiki zamanda bizim üçün çox vacibdir. Amma yığmamızın sərgiləyəcəyi oyun da çox önəmlidir. Gələcək uğurlarımızın təməli ola biləcək yaxşı oyunun şahidi olmaq istərdim. Çünki nəticə ilə yanaşı, perspektivi də nəzərə almaq lazımdır. Yaxşı oyun hamımızda ümid yarada bilər. Pis nəticəyə inanmıram. Çünki oyunadək hər şey düzgün edilib".