Azərbaycan - Malta oyununa 9 min bilet satılıb
28 mart 2015 12:30
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Malta oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 9000 bilet satılıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq oyun saat 21:00-da start götürəcək. Bu üzdən oyun saatına qədər bilet satışında artım olacağı istisna deyil.