Namiq Ələsgərov: Mənim millidə ilk oyunum olacağına görə, özümü yaxşı tərəfdən göstərmək istəyirəm
27 mart 2015 21:00
Azərbaycan yığmasının yarımmüdafiəçisi Namiq Ələsgərov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın oyunçusu bunları söyləyib:
"Bu, mənim yığmadakı ilk oyunum olacaq. Əlbəttə, bir az həyacanlıyam, amma bunun öhdəsindən gələcəyəm. Bu şansdan yararlanıb, özümü yaxşı tərəfdən göstərmək istəyirəm. Yaxşı hazırlaşmışıq. Müsbət nəticə qazanmaq istəyirik. Prosineçki cinah oyunçularına oyunu öz üzərinə götürməyə imkan verir. O, bizə nəyi bacarırıqsa, etməyimizi deyib".