Robert Prosineçki Malta ilə oyun üçün start heyətini açıqladı
27 mart 2015 20:50
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun üçün start heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis sabahkı qarşılaşmada aşağıdakı heyəti meydana buraxmağı planlaşdırır:
Kamran Ağayev, Maksim Medvedev, Arif Daşdəmirov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev, Cavid Hüseynov, Rahid Əmirquliyev - Namiq Ələsgərov, Vüqar Nadirov, Əfran İsmayılov.