Ağabala Ramazanov: Milliyə dəvət almamağım məni elə də çox məyus etmədi
27 mart 2015 19:30
"Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Malta oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamızın sabahkı oyunda uğurlu çıxış edəcəyinə və qələbə qazanacağına ümid edirəm. Millidən kənarda qalmağım məni elə də çox məyus etmədi. Çempionatın iki oyununu buraxmalı oldum. Ona görə də Robert Prosineçkinin yekun heyətində yer ala bilmədim. İnanıram ki, növbəti oyunlarda o, mənə də dəvət göndərəcək. Tək mənə yox, "Xəzər Lənkəran"ın digər gənc futbolçularına da".