"Bakıda hər şey fərqli olacaq"
27 mart 2015 15:30
Malta yığmasının yarımmüdafiəçisi Jan-Pol Farruca AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Komandamızda yaxşı atmosfer var. Biz bura uğurlu nəticə qazanmaq üçün gəlmişik. Gürcüstanla yoxlama oyunu bizim üçün yaxşı sınaq oldu. Tiflisdə niyə uduzduq? Çünki bu, adi bir yoxlama oyunu idi və bizim qarşımızda xal qazanmaq, mütləq qalib gəlmək kimi bir hədəf yox idi. Sabah Bakıda hər şey fərqli olacaq".