Patrik Qonfalon: Azərbaycan yığması müdafiədən oynayırdı
27 mart 2015 15:20
Fransanın U-19 yığmasının baş məşqçisi Patrik Qonfalon AÇ-nin elit mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
"Biz bu gün çox diqqətli oynadıq. Qapıya tez-tez zərbələr endirirdik. Komandamın əsəbləşməməsi xoşuma gəldi. Baxmayaraq ki, cəhdlərimiz yalnız son yarım saatda öz faydasını verməyə başladı. Azərbaycan müdafiədən oynayırdı, bizim qapıya təsadüfi hallarda yaxınlaşırdı".