Foqts özünə yeni iş tapdı
27 mart 2015 15:00
Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts özünə yeni iş tapıb. Azerisport.az xəbər verir ki, ABŞ yığmasının texniki məsləhətçisi təyin olunub.
Qeyd edək ki, bu komandaya onun həmyerlisi Yurgen Klinsman baş məşqçilik edir. Foqts yığmamızın sükanı arxasında çalışarkən DÇ-2014-ün oyunları zamanı Klinsmana kömək etmişdi.
Qeyd edək ki, Foqts yığmamızdan ötən ilin oktyabr ayında istefa verib.