Merin müavini yığmamızın düşərgəsində olub
26 mart 2015 17:00
Fransanın Caenın Ouisterham vilayətinin merinin idman və insan resursları üzrə müavini Jaen-Claude Poilpot Avropa çempionatının elit mərhələsinin oyunları üçün bu şəhərdə olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsini ziyarət edib. Azerisport.az xəbər verir ki, U-19-un məşqini izləyən qonaq Azərbaycan nümayəndə heyətinin rəhbəri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla görüşüb, qarşıdakı oyunlarda yığmamıza uğurlar arzulayıb.
Sadıqov öz növbəsində yüksək qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib. (AFFA)