Rikardinyo: İlk dəfədir ki, çempionatda belə uzun fasilə görürəm
26 mart 2015 15:00
"Qəbələ"nin müdafiəçisi Rikardinyo komandasının və özünün çıxışı barədə fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Artıq ikinci oyun idi ki, sonadək mübarizə aparmaq şansı qazandım. Amma daha çox çalışmağım lazımdır. İnanıram ki, daha yaxşı oyunlarım qarşıdadır. Çempionatdakı fasiləyə gəlincə, ilk dəfədir ki, belə bir şey görürəm. Başqa ölkələrdə fasilə mövsümün sonunda olur. Amma belə fasilələrin də müsbət tərəfi var, istirahət etmək şansın olur".