Azərbaycan Portuqaliyaya böyük hesabla uduzdu
26 mart 2015 13:00
Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığma komandası Portuda təşkil olunan beynəlxalq turnirə məğlubiyyətlə başlayıb. Azerisport.az xəbər verir ki, komandamız Portuqaliya ilə oyunda 0:5 hesablı məğlubiyyətə üzülüb.
Qrupun digər oyununda Rusiya yığması Portu region komandasını 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan sabah Rusiya yığması ilə qarşılaşacaq.