Azərbaycan 13-cü pillədə qaldı
26 mart 2015 12:00
Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan fevraldakı mövqeyini dəyişməz saxlayıb.
Belə ki, komandamız 1366 xalla 13-cü pillədəki yerini qoruyub.
Qeyd edək ki, reytinq siyahısına 1922 xala malik İspaniya başçılıq edir. İkinci yerdə Braziliya (1910), üçüncü pillədə Rusiya (1746) qərarlaşıb.