Malta millisi Gürcüstanda məğlub oldu
26 mart 2015 01:00
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanın rəqibi olan Malta yığması Gürcüstanla yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda Tiflisdə keçirilən qarşılaşmadan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
Qolları 83-cü dəqiqədə Kankava, 90-cı dəqiqədə isə Qazaişvili vurub.
Maltalılar aşağıdakı heyətlə oynayıblar: Haber, Aqius, Betsina, Borq, Kamilyeri, Karuana, Koen, Farruca (Effionq, 60), Kristensen, R.Muskat, Şembri.
Bakı "İnter"inin müdafiəçisi Aleksandr Amisulaşvili Gürcüstan yığmasının heyətində 90 dəqiqə oynayıb. Paytaxt klubunun hücumçusu Baçana Sxadadze isə 15 dəqiqə mübarizə aparıb.