Kazbek Tuayev: Maltaya qalib gələcəyimizə inanıram
25 mart 2015 15:30
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev AÇ-2016-nın seçmə mərhələsi çərçivsində Maltaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Robert Prosineçki işinə yaxşı başlayıb. Ondan bunun davamını gözləyirəm. Maltaya qalib gələcəyimizə inanıram. Bu qələbə bizə çox lazımdır. Oyuna gedib, komandamızı dəstəkləyəcəyəm. Bu görüşdə çoxlu qol gözləyirəm. Kapitan Rəşad Sadıqovdan da ümidverici oyun gözləyirəm. Onun yığmada 100 oyun həddinə çatmasına cəmi 6 matç qalıb. Onu dəstəkləmək lazımdır. Bu, təkcə onun yox, bütövlükdə Azərbaycan futbolunun uğuru sayıla bilər. Ölkəmiz belə oyunçulara malik olmalıdır".