İnterlə Bakı yoxlama oyunu keçirəcək
25 mart 2015 14:00
Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən iki paytaxt klubu yoxlama oyunu keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, "İnter" və "Bakı" sabah qarşılaşmağı planlaşdırır.
Yoxlama oyunu "Bakı"nın təlim-məşq bazasında keçiriləcək və saat 15:00-da start götürəcək.