Əfran İsmayılov: Robert Prosineçkinin məşqləri asan deyil
25 mart 2015 12:30
Azərbaycan yığmasının və "İnter"in yarımmüdafiəçisi Əfran İsmayılov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məşqlərimiz adi qaydada davam edir. Robert Prosineçkinin məşqləri asan deyil. Məşqlərdə yüklənmələr çoxdur. Əsas odur ki, bu, bizə fayda gətirsin. Çünki bizi qarşıda çox vacib oyun gözləyir".