İbrahim Uzunca: Qarabağ ən azı bir qol vurmağa çalışacağıq ki...
3 mart 2015 19:00
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sabah öz adımız və imicimiz üçün mübarizə aparacağıq. Çətin olacağını başa düşürük. "Qarabağ" ölkənin ən yaxşı komandasıdır. Heç olmasa bir qol vurmağa çalışacağıq ki, cavab oyunu üçün şansımız qalsın".