Alfred Effionq: Azərbaycana qalib gəlməliyik
3 mart 2015 17:45
Malta yığmasının nigeriyalı forvardı Alfred Effionq AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan yığmasını məğlub etməyimiz lazımdır. Əgər xal ehtiyatımızı dördə çatdırmaq istəyiriksə, buna borcluyuq. Gürcüstanla yoxlama oyununda da qələbə qazanmağımız yaxşı olardı".