Anar Nəzirov: Buna baş məşqçi qərar verəcək
3 mart 2015 16:30
"Qəbələ"nin qapıçısı Anar Nəzirov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Simurq"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bu oyuna ciddi hazırlaşmalıyıq. "Simurq" bizim üçün ciddi rəqibdir. Biz yarımfinala çıxmaq istəyirik. Bu üzdən də maraqlı oyun olacağını düşünürəm. Qələbə qazanmağımız yaxşı olardı. Əsas qapıçı kim olacaq? Buna baş məşqçi qərar verəcək".