Subaşiç: Qalatasaraya qol vurmağa çalışacağam
3 mart 2015 16:15
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç Türkiyə Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qalatasaray"a qarşı bu gün keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandada əhval-ruhiyyə o qədər də yaxşı deyil. Bunun da səbəbi "Antalyaspor"a məğlub olmağımızdır. Bu gün keçiriləcək oyun asan olmayacaq. Çünki "Qalatasaray"ın necə komanda olduğu hər kəsə bəllidir. Amma bu görüşdə qol vurmağa çalışacağam. Cavab görüşündə işimizin asan olması üçün ilk oyunda uğurlu nəticə qazanmağımıza ehtiyac var".