Arif Əsədov: İki cavabsız qolla qalib gəlsək, bizim üçün müsbət nəticə olacaq
3 mart 2015 15:30
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"1/4 final oyunları ev-səfər prinsipi ilə keçiriləcək. Biz də strategiyamızı buna uyğun quracağıq. Birinci oyunu öz meydanımızda keçirəcəyimizə görə müsbət nəticə qazanmağa borcluyuq. Ən azından qol buraxmamalıyıq. Məsələn, iki cavabsız qolla qələbə qazansaq, bizim üçün yaxşı nəticə olacaq. Son dövrlər gərgin qrafiklə oynayırıq. Şübhəsiz ki, uşaqlarda yorğunluq var. Zədəli futbolçularımız da var. Sabaha qədər hazır olmalıyıq".