Ristoviç: Bakıdan ayrılmaq istəməsəm də, şərtlər məni buna məcbur etdi
3 mart 2015 14:15
"Bakı"nın sabiq yarımmüdafiəçisi Risto Ristoviç paytaxt klubu ilə yollarını ayırmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bakı"da il idi çıxış edirdim. Amma bu klubu tərk etmək məcburiyyətində qaldım. Çox təəssüf ki, hər şey belə alındı. Oradan getmək istəmirdim. Amma şərtlər məni belə addım atmağa məcbur etdi. "Laris"dəki işlərim yaxşı gedir. Oynayıram, komandama faydalı olmağa çalışıram".