Azərbaycan kubokunun qalibi Türkiyənin üçüncü liqa klubunda
3 mart 2015 11:15
"Bakı"nın sabiq baş məşqçisi Cüneyt Biçər özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra "Balçova Yaşamspor" klubuna rəhbərlik edəcək.
Qeyd edək ki, bu klub Türkiyənin üçüncü liqasında çıxış edir.
Cüneyt Biçərin vaxtilə "Bakı" ilə Azərbaycan Kubokuna sahib çıxdığını da qeyd edək.