Georgi Popxadze: Dani Kintana Qarabağa böyük fayda verəcək
3 mart 2015 01:20
Gürcüstan yığmasının yarımmüdafiəçisi Georgi Popxadze "Qarabağ"ın yeni transferi Dani Kintana Sosa ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Dani əla oyunçudur. "Qarabağ" onu heyətinə qatmaqla düzgün addım atıb. O, mənim yaxın dostumdur. Mənə "Qarabağ"a keçmək variantının olduğunu demişdi. Təbii ki, bu komandaya keçməyə razılıq verməklə düzgün addım atacağını söyləmişdim. Çünki "Qarabağ" Azərbaycanın ən məşhur komandasıdır. Əminəm ki, o, yeni klubuna böyük fayda verəcək".