Ropotan Qəbələdə qalacaq
3 mart 2015 01:00
"Qəbələ" rumıniyalı yarımmüdafiəçi Adrian Ropotanla yollarını ayırması barədə xəbərləri təkzib edib. Azerisport.az saytına verilən məlumata görə, klubla bu futbolçu arasındakı müqavilənin müddəti mövsümün sonuna qədərdir.
Ropotanın bir neçə gün əvvəl Rumıniyaya yollanması isə onun komandadan ayrılması anlamına gəlmir. O, sadəcə, ailə məsələlərinə görə rəhbərlikdən icazə alaraq vətəninə gedibmiş və artıq komandanın düşərgəsinə qayıdıb.