Cəmşid Məhərrəmov izlədi, komandası qələbə qazandı
3 mart 2015 00:10
Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma arenada "Samsunspor"la üz-üzə gəlib. Cəmşid Məhərrəmovun ehtiyat oyunçular skamyasından izlədiyi oyunda adanalılar 2:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, "Adanaspor" hazırda 28 xalla 11-ci pillədə qərarlaşıb.