Qarabağ Dani Kintana Sosa ilə müqavilə imzaladı
2 mart 2015 18:30
"Qarabağ" bu gün ispaniyalı futbolçu Dani Kintana Sosa ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, razılaşmaya əsasən sözügedən futbolçu 3 il Ağdam klubunun şərəfini qoruyacaq.
28 yaşlı oyunçu karyerasına "Valensiya"da başlayıb. O, daha sonra ölkəsinin "Ontinent", "Alzira", "Rasinq Ferrol", "Uraqan", "Olimik Xativa", "Ximnastik" klublarında da çıxış edib.
Kintana legioner həyatı da yaşayıb. O, Polşanın "Yaqelloniya" və Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasının formasını geyinib.
Bütövlükdə 205 oyun keçirmiş Sosa 38 qol vurub. Onlardan 20-ni Polşa klubunda çıxış edərkən vurub.