Georgi Çixradze: Biz şansımızı itirməmişik
2 mart 2015 15:45
"Simurq"un baş məşqçisi Georgi Çixradze Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz hər iki cəbhədə mübarizəmizi davam etdiririk. Artıq növbə kubok matçına gəlib çatıb. Bu, bizim üçün çox vacib oyundur. İlk oyunda müsbət nəticə qazanmaq bizim üçün əhəmiyyətlidir. "Neftçi" ilə 10 xallıq fərqi aradan qaldıra biləcəyikmi? Fərq elə də çox deyil. Hər oyundan xalla ayrılmağa çalışacağıq. "İnter"lə son oyunda uduzduq. Qarşıdakı görüşdə isə xal fərqini azaltmağa çalışacağıq. Biz hələ öz şansımızı itirməmişik".