Lisenziyalaşdırma Qrupunun əməkdaşları UEFA-nın seminarında iştirak edəcək
2 mart 2015 12:45
Martın 4-də və 5-də Bolqarıstanın Sofiya şəhərində UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play”i mövzusunuda seminarı keçiriləcək. Azerisport.az xəbər verir ki, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, lisenziyalaşdırma üzrə ekspertlər Anar Kazımlı və Aynur Abdullayevanın iştirak edəcəyi seminarda aşağıdakı mövzular müzakirə olunacaq:
UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin ümumi fəaliyyəti və yeni layihələri
UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play üzrə qaydalarında gələn mövsümdən etibarən qüvvəyə minəcək dəyişikliklər
Bolqarıstanda Klubların Lisenziyalaşdırılması sisteminin tətbiqi