Ruslan Qurbanov oynamadı, Hayduk büdrədi
2 mart 2015 00:00
Xorvatiya çempionatında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Zadar"la qarşılaşıb. Matç 2:2 hesabıyla başa çatıb. Qurbanovun adı matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Hayduk" hazırda 33 xalla 4-cü pillədə qərarlaşıb.