Ufuk Budak Cavid İmamverdiyev üzərində qələbəyə sevindi
1 mart 2015 20:00
Türkiyə PTT 1-ci liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budak və Cavid İmamverdiyevin komandaları - müvafiq olaraq "Qaziantep BB" ilə "Elazığspor" bir-biri ilə qarşılaşıb.
Matç "Qaziantep BB" klubunun 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb. Hər iki futbolçumuz meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Elazığspor" hazırda 27 xalla 11-ci, "Qaziantep BB" isə 26 xalla 13-cüdür.