Rail Məlikovun komandası yenə uduzdu
1 mart 2015 18:30
Türkiyə PTT 1-ci liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası - "Dənizlispor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Girəsunspor"la qarşılaşıb. Matç Railin klubunun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Məlikovun adı matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Dənizlispor" hazırda 18 xalla 17-ci pillədə qərarlaşıb.