Maksim Medvedev: Rəqib oyunçuların təbrikləri bizə mənfi təsir edir
1 mart 2015 13:30
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Qəbələ"yə uduzduq, intriqa artdı. "İnter"lə "Neftçi" bu tur qələbə qazandı. Arada altı xallıq fərq var. Bu fərqi artırmalıyıq. Növbəti oyunlara daha ciddi yanaşmalıyıq. Rəqiblərlə aradakı xal fərqinin azalmasına imkan verməmək üçün buna məcburuq. Xal fərqi daha çox olanda rəqib komandanın üzvləri bizi erkən çempionluq münasibəti ilə təbrik edirdilər. Bu da bizə mənfi təsir göstərirdi".