Mahir Şükürov Karşıyakanın darmadağınla qalib gəldiyi oyunda 24 dəqiqə oynadı
28 fevral 2015 18:10
Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası - "Karşıyaka" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Orduspor"la qarşılaşıb. Matç həmyerlimizin klubunun 6:0 hesablı qələbəsiylə başa çatıb. Mahir bu görüşün 66-cı dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, öncədən bu qarşılaşmanı Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin də izləyəcəyi bildirilirdi.
Qeyd edək ki, "Karşıyaka" hazırda 33 xalla 5-ci pillədə qərarlaşıb.