Aqil Məmmədov: Neftçinin Qarabağa məğlubiyyəti çempionluğun taleyini demək olar ki, həll etdi
28 fevral 2015 14:30
"Neftçi"nin qapıçısı Aqil Məmmədov Topaz Premyer Liqasının qalibi olmaq şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, biz birinci yeri tutmaq şansımızı itirmişik. Biz sadəcə, qalan oyunlarda qalib gəlməli və əsas rəqiblərimizin xal itirməsini gözləməliyik. Bizim "Qarabağ"a son məğlubiyyətimiz çox şeyi həll etdi".
Məmmədov Azərbaycan yığmasının Türkiyədə Ukrayna "Şaxtyor"una qarşı keçirdiyi yoxlama oyunundan da danışıb: "Yığmanın oyunu xoşuma gəldi. Komandamız hücum futbolu sərgilədi. Əgər belə davam etsək, nəticələr də yaxşı olacaq. Özümə gəlincə, hər bir futbolçu kimi, mən də yığmaya çağırılmağı çox istərdim. Allah eləsin ki, çağırılım. Mən yığmada oynamağa hazıram".