Berti Foqts Seneqal millisini çalışdıra bilər
28 fevral 2015 14:00
Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts Seneqal milli komandasını çalışdıra bilər. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssisin Seneqal Futbol Federasiyasının namizədləri sırasında olduğu bildirilir.
Qeyd edək ki, Seneqal yığması Afrika Kubokundakı uğursuz çıxışı nəticəsində baş məşqçi Alen Jiresslə yollarını ayırmışdı.