Elxan Abdullayev: Milliyə dəvət olunan gənclərdə həyacan hiss olunurdu
28 fevral 2015 00:35
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev Türkiyə toplanışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz yaxşı və məhsuldar toplanış keçdik. Məşqçilər korpusu görülən işdən razı qaldı. Ukrayna "Şaxtyor"u ilə oyun da faydalı oldu. Həmin oyunda gənc futbolçulara özlərini göstərmək imkanı verildi. Toplanışda olan bütün futbolçular meydana çıxmaq şansı qazandı. Başa düşürük ki, bu toplanış bəzi oyunçular üçün ilk idi. Ona görə də bu oyunçularda bir qədər həyacan hiss olunurdu. Bütövlükdə, gənclərdən razı qaldıq".