Bakı Xəzər Lənkəranla oyuna hazırdır
27 fevral 2015 19:30
“Bakı” Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün Lənkəran şəhərində oyun öncəsi son məşqini keçirib.
Saat 17:00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından futbolçular isinmə hərəkətlərini icra edib. Vacib qarşılaşma öncəsi kollektivdə əhval-ruhiyyəni yüksəldən baş məşqçi İbrahim Uzunca oyunçularına əsasən topla oynamaq tapşırığı verib.