Marko Stanoyeviç: İnterlə oyun digərlərindən heç nə ilə fərqlənmir
"Simurq"un yarımmüdafiəçisi Marko Stanoyeviç Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamsında o, bunları söyləyib:
"İnter"lə oyun digərlərindən heç nə ilə fərqlənmir. Digər oyunlara hazırlaşdığımız kimi hazırlaşmışıq. Qələbə qazanmağa çalışacağıq. İki oyundur onlara qalib gələ bilmirik? Bu, Futboldur, hər şey olur. Bir komanda daima qələbə qazana bilməz. Uğursuzluqlar da olur".
Müqavilə ilə Moldovanın "Şerif" klubuna məxsus olan futbolçunun "Simurq"la anlaşmasıının müddəti mövsümün sonunda bitəcək. Amma Stanoyeviç hələ də karyerasını harada davam etdirəcəyini dəqiqləşdirməyib: "Bu barədə hələ heç nə deyə bilmərəm. Yaya qədər vaxt var. İndidən bunu düşünmək istəmirəm. Mövsümü "Simurq"la ən yüksək pillələrdə başa vurmaq istəyirəm. Əgər avrokuboklara vəsiqə qazansaq, daha yaxşı olacaq".