"Kamran Ağayevin yığmaya çağırılması üçün oynaması lazımdır"
27 fevral 2015 18:00
Azərbaycan yığmasının qapıçılarla iş üzrə məşqçisi Faiq Əzizov Türkiyənin "Kayserispor" klubunda çıxış edən Kamran Ağayevin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyuna çağırılmaq şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kamran Ağayev yığmaya çağırılması üçün klubunda oynamalıdır. Biz xaricdə çıxış edən hər oyunçunu mütəmadi izləyirik. Malta ilə oyun öncəsi ən azı bir dəfə meydana çıxsa, milliyə dəvət oluna bilər. Hər şey qapıçının mövcud formasından asılıdır. Onun 3-4 oynamadığı halda da yığmada yaxşı oynadığı vaxtlar olub".