Aqil Məmmədov: Ötən mövsüm biz Neftçidən 7 xal almışdıq
27 fevral 2015 14:00
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Neftçi"yə qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisprot.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən mövsüm biz "Neftçi"dən 7 xal almışdıq. Bu mövsüm isə hələ ki, xal ala bilməmişik. Buna baxmayaraq, hesab edirəm ki, növbəti turda qələbə qazanmağımız tam realdır. Asan oyun olmayacaq. Amma öz meydanımızda qələbə qazanmağa çalışacağıq. Bir itkimiz var. Tərzin Cahangirov oynaya bilməyəcək. Amma onun yoxluğunu hiss etdirməyə bilərik".