Elbrus Məmmədov: Bakı ilə oyunda ilk dəfə 3 xala sahib çıxmaq şansımız var
27 fevral 2015 13:45
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Bakı"ya qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamızın üç üzvü yığma komandalarda idi. Ona görə tam heyətlə hazırlaşa bilməmişik. Üstəlik, Tural Cəlilov, Adrian Skarlatake və Ruslan Cəfərov hələ də zədəlidir və qarşıdakı oyunu buraxmalı olacaq. İtkilərə baxmayaraq, "Bakı" ilə oyunda ilk dəfə 3 xala sahib çıxmaq şansımız var. Uşaqlarda özünəinam hissini geri qaytarmaq lazımdır. Ümid edirəm ki, sabah buna nail olacağıq".