Ruslan Qurbanov Haydukda məşqlərə başladı
27 fevral 2015 12:45
Xorvatiyanın "Hayduk" klubu 23-cü turun "Zadar"la oyununa hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın bu gün baş tutan məşqində Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov da iştirak edib.
Hansı ki, o, buna qədər fərdi qaydada məşq edirdi. Lakin Ruslanın qarşıdakı oyunda debüt edib-etməyəcəyi hələlik, dəqiq bilinmir.
Qeyd edək ki, sözügedən komandalar arasındakı oyun martın 1-də keçiriləcək. "Zadar" sonuncu pillədə qərarlaşdığı halda, "Hayduk" 32 xalla 4-cüdür.