Arif Əsədov: Çempionluq şansımızı itirməyimiz digər hədəflərimizə çatmağımıza mane ola bilməz
27 fevral 2015 12:30
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son dövrlər oyun qrafikimiz çox gərgindir. 3-4 gündən bir oynamalı oluruq. Heyətdəki problemlərə baxmayaraq, qarşımıza bu oyundan 3 xalla ayrılmaq hədəfini qoymuşuq. "Sumqayıt" sıradan rəqib deyil. Amma biz bu rəqibə qalib gələcək gücdəyik. "Qarabağ"a məğlubiyyətdən sonra işimiz daha da çətinləşib. Artıq AZAL üzərində qələbə qazanmışıq və bu uğurlu seriyanı davam etdirməyimiz lazımdır. Çempionluq şansımızı itirməyimiz digər hədəflərimizə çatmağımıza mane ola bilməz".