Neftçi Sumqayıtla oyuna ciddi itkilərlə hazırlaşır
27 fevral 2015 11:15
"Neftçi" Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində qarşılaşacağı "Sumqayıt"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubunun heyətində itkilər var.
Belə ki, Emin Mehdiyevlə Elvin Yunuszadə bu qarşılaşmanı sarı vərəqə limitini keçdiklərinə görə buraxmalı olacaq. Ernest Nfor isə zədəlidir. Eyni səbəbdən Məqsəd İsayevlə Denis Silvanın da meydana çıxması sual altındadır.