Namiq Yusifov: Qəbələyə qarşı oyunlarımız həmişə çətin olur
26 fevral 2015 19:45
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"yə qarşı oynamaq həmişə çətin olur. Onların yeni və yaxşı baş məşqçisi var. Yəqin ki, bizimlə oyunda özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Biz bu oyuna ciddi hazırlaşırıq. Baxmayaraq ki, bəzi futbolçularımız yığma komandanın düşərgəsindədir. Sabahdan onlar da sıralarımıza qoşulacaqlar".