Amit Quluzadə oynamadı, komandası uduzdu
26 fevral 2015 12:15
Portuqaliya çempionatının ikinci liqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Benfika B" komandası ilə qarşılaşıb. Oyun həmyerlimizin klubunun 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Amitin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Atletiko" hazırda 30 xalla 21-ci pillədə qərarlaşıb.